Cümə axşamı, 16 May

Möhtəşəm 110 GÜN: "Ekofəalların aksiyası hansı nəticələrlə yadda qalıb? - ÖZƏL

image

Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi aksiya qısa müddət ərzində nəinki erməniləri, eləcə də onlara havadarlıq edən dövlətləri lərzəyə salmağı bacardı. Bu aksiyadakı tələblərin demək olar ki, böyük əksəriyyəti ekofəallarımızın və dövlətimizin güclü iradəsi və qətiyyəti sayəsində yerinə yetirildi. Bu gün də aksiya iştirakçıları bütün çətinliklərə rəğmən Laçın-Xankəndi yolunda rusiuyalı sülhməramlıların qarşısında dik dayanmağı və öz tələblərini irəli sürməyi bacarırlar. Bəs görəsən ekoloqların bu günə qədər davam edən aksiyasında hansı nəticələr əldə edilib? 

Mövzunu şərh edən politoloq Zaur Məmmədov bildirib ki, ekoloqların aksiyasının nəticəsini bütün Azərbaycan xalqı görür: “Biz heç kimin gözləmədiyi bir vaxtda Laçın dəhlizini çox mədəni şəkildə bağladıq. Nəticə etibarilə laçın dəhlizinin əsas magistral yolunda hərbi texnikaların hərəkətimüçşahidə edilmir. Buna görə də, ermənilər oradan qanunsuz olaraq hərbi texnika apara bilmirlər. Bu aksiya Azərbaycanın öz ekologiyasına və təbii sərvətlərinə çox böyük önəm verdiyini göstərdi. Eyni zamanda aksiya rəsmi Bakının öz fikirlərində qərarlı olduğunu sübuta yetirdi. Həmçinin hesab edirik ki, aksiyanın nəticəsi olaraq Laçında keçid məntəqəsi qoyulmalıdır və bu dəhliz mütləq şəkildə nəzərdə tutulan məqsədlər üçün istifadə edilməlidir”.

Mövzu ilə bağlı saytımıza danışan politoloq Oqtay Qasımov bildirib ki, azərbaycanlı ekofəalların Laçın-xankəndi yolunda keçirdiyi aksiya təqdirəlayiqdir: “Məhz bu aksiya nəticəsində bir çox məsələlər gündəmə gətirildi və nəticələr əldə olundu. Ekofəalların etirazının nəticəsi olaraq Rusiya tərəfindən Qarabağa konkret təlimatlarla göndərilən Ruben Vardanyan öz qondarma vəzifəsi ilə vidalaşdı. İkincisi, azərbaycanlı ekofəalların etirazı nəticəsində  “Qızılbulaq” və “Dəmirli” yataqlarımızda aparılan qeyri-qanuni fəaliyyətlərin qarşısı alındı. Həmçinin bu yataqları istismar edən şirkətin də fəaliyyəti dayandırıldı. Üçüncüsü, bu aksiya nəticəsində Ermənistan ərazisindən Qarabağa daşınan hərbi təyinatlı yüklərin separatçılara çatdırılmasına əngəl qoyuldu. Üstəlik aksiyanın nəticəsi olaraq ermənilərin istifadə etdiyi iki gizli yol müəyyənləşdirildi və Azərbaycan ordusu tərəfindən nəzarətə götürüldü. Eyni zamanda Laçın yolu ilə bağlı məsələ beynəlxalq gündəmin müzakirə predmetinə çevrildi”.

Oqtay Qasımovun sözlərinə görə, aksiya nəticəsində Laçın yolunun Ermənistanla sərhəd hissəsində keçid məntəqəsinin yaradılması məsələsi gündəmə gəldi: “Ekofəalların aksiyası sayəsində hərbi təyinatlı yüklərin Qarabağdakı separatçılara daşınması imkansız hala gəldi. Ordumuz artıq bir sıra yüksəklikləri nəzarətə götürərək Ermənistandan Qarabağa hansısa gizli yollarla hərbi təyinatlı yüklərin keçirilməsinin qarşısını aldı. Aksiyanın bundan sonra da bir çox nəticələrinin olacağını deyə bilərik. Ən əsası isə növbəti addım Laçın yolunda Azərbaycanın Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsinin keçid məntəqələrinin qurulması olacaq. Ümumilikdə ekofəalların bu aksiyasının olduqca ciddi nəticələr verdiyini söyləmək mümkündür”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00